Çin beynəlxalq gəmiçilik marşrutlarını qorumaq üçün digər ölkələrlə qüvvələri birləşdirməyə hazırdır.
“Seanews.az” xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
“Çin tərəfi beynəlxalq gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək üçün bütün maraqlı tərəflərlə qarşılıqlı əlaqədə işləməyə hazırdır”, – deyə o, Qırmızı dənizdəki çətin vəziyyəti şərh edərkən bildirib.
Xatırladaq ki, Qırmızı dənizdə ticarət gəmilərinə edilən son hücumlar dəniz yüklərinin daşınması tariflərini artırıb. Böyük konteyner daşıyıcıları Afrika qitəsi ətrafında marşrutdan istifadə edərək daşıma xətlərini dəyişdilər. Bu, Asiyadan Avropaya çatdırılma müddətinin 7 gündən 20 günə qədər artmasına səbəb olub.
Qiymətlərdə də kəskin fərq yaranıb. Beynəlxalq yük bronlaşdırma və ödəniş platforması olan “Freightos”-un məlumatına görə, Asiyadan Şimali Avropaya yükdaşıma tarifləri iki dəfədən çox artaraq 40 futluq konteyner üçün 4000 dollardan çox, Asiyadan Aralıq dənizinə isə qiymətlər 5175 dollara yüksəlib.