Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) Ərəbistan dənizi və Ədən körfəzində təhlükəsizliyi izləmək 10-a yaxın gəmi cəlb edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
“Hindistan HDQ-nin 6-10 böyük hərbi gəmisi, o cümlədən esmineslər, freqatlar və patrul gəmiləri, ticarət gəmilərinə dron hücumlarının qarşısını almaq üçün Somali sahilləri yaxınlığında yerləşdirilib”, – məlumatda qeyd edilib.