Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir. Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayır. Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirib.
Bunun bariz nümunəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, konfranslara və idman yarışlarına ev sahibliyi edir. Sözsüz ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının təzahürüdür.
Məhz uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunması ilə bağlıdır. Gənclərimiz milli maraqlarımızın qorunması işində də prinsipial mövqe nümayiş etdirir.
44 günlük Vətən Müharibəsində Azərbaycan gəncliyi özünün vətənpərvərliyini bütün dünyaya sübut etdi. Dünya Azərbaycan gəncliyinin yenilməz ruhunu, qəhrəmanlığını və şücaətinin şahidi oldu. Məhz cənab Prezident İlham Əliyevin Prezidentliyi dövründə yetişən, formalaşan gənclik qəhrəmanlıq göstərdi. Bu qəhrəmanlarımızın sücaəti nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız azad edildi. Vətən Müharibəsində canından keçənlərin, şəhidlik zirvəsinə ucalanların əksəriyyəti gənclər olması isə bunu bir daha sübut edir.
Bu mənada qalib ölkənin qalib gəncliyi qarşıdakı 7 fevral növbədənkənar prezident seçşkilərində işıqlı gələcəyimiz bütövlüyümüz naminə növbəti dəfə həmrəylik nümayiş etdirəcək. Bir gənc olaraq gəncləri 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin ətrafında cəm olmağa Qalib Liderə səsə verməyə səsləyirəm.
Gənclərimiz 7 fevral prezident seçkilərində fəal iştirak etməklə qalib xalqın Qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməklə ölkəmizin daha da güclənməsinə öz töhvələrini vermiş olacaqlar.
İlham Nəsirov
Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri