5,6 min gəmi Marşal Adaları bayrağı altında üzür

181

Marşal Adaları Respublikası (RMI) gəmi reyestrində ümumi tonaj ilk dəfə olaraq 200 milyon tonu keçib və RMI bayrağı altında qeydiyyatdan keçmiş gəmilərin sayı demək olar ki, 5600-ə çatıb.

“Seanews.az” xəbər verir ki, gəmi reyestrinin mətbuat xidmətinin press-relizində belə deyilir.

Dünyanın 28 ölkəsində ofisləri olan RMI reyestrində donanma tonajının 2014-cü ildən iki dəfə artdığı qeyd edilir.

Marşal Adaları Gəmi Reyestri 19 ildir ki, “USCG QUALSHIP-21” proqramında iştirak edir və adı Paris və Tokio Anlaşma Memorandumunun (MoU) “ağ siyahısı”ndadır.

Son bir neçə onillikdə bayraq dövləti bazarın artan ehtiyaclarını ödəmək üçün öz ekspertlər qrupunun yaradılmasına mühüm investisiyalar qoyub. Bu nvestisiyalarla həm də Asiya, Avropa və Amerikanın əsas dəniz və maliyyə mərkəzlərində yeni ofisləri açılır.