Bakı Limanı Brüsseldə keçirilən “Global Gateway Investors’ Forum”-da təmsil olunur

133

Bakı Limanının Əməliyyatlar departamentinin rəhbəri Eugene Seah 29-30 yanvar 2024-cü il tarixlərində Avropa və Mərkəzi Asiya arasında davamlı nəqliyyat bağlantıları üzrə “Global Gateway Investors’ Forum”-da iştirak edib. Forumda Avropa, Mərkəzi Asiya və onun hüdudlarından kənarda olan ölkələrin rəsmiləri, maliyyə institutlarının nümayəndələri, biznes və vətəndaş cəmiyyətinin üzvləri bir araya toplaşıb.

Forumunun sessiyasında çıxış edən Bakı Limanının rəsmisi Eugene Seah infrastruktur bağlantısı mövzusuna toxunaraq, Orta Dəhlizin səmərəliliyini və davamlılığını artırmaq üçün nəzərdə tutulmuş Bakı Limanının genişləndirilməsi strategiyasını haqqında məlumat verib.

Forum çərçivəsində iştirakçılar Avropa və beynəlxalq maliyyə institutlarının Orta Dəhliz vasitəsilə dayanıqlı nəqliyyat əlaqəsi üçün maliyyə, texniki dəstək və investisiyalar təmin etmək öhdəliyindən bəhs edən mühüm elanla çıxış ediblər. Bu öhdəlik Avropa və Asiya arasında qlobal əlaqəni gücləndirmək məqsədi daşıyır.

Forum çərçivəsində iştirakçılar, Avropa və beynəlxalq maliyyə institutlarının Orta Dəhliz vasitəsilə dayanıqlı nəqliyyat əlaqəsinin təmini, lazimi infrastrukturun qurulması və texniki dəstəyin göstərilməsi üçün maliyyə vəsaitinin ayırlacağına dair elanla çıxış ediblər. Bu öhdəlik Avropa və Asiya arasında qlobal logistik əlaqəninin gücləndirməsinə böyük töhfə verəcək.

Sopurce:https://www.facebook.com/BakuSeaTradePort