“Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransının iştirakçıları Bakı Limanına səfər edib
Bu gün Bakı Limanında qonaq olan “Baku Decides” Gənclərin I İqlim Danışıqları” konfransının gənc ekspertlər və rəsmilərdən ibarət 60 iştirakçısına, regionun ilk “Yaşıl Liman”-olan Bakı Limanı haqqında geniş məlumat verilib.
Görüşün iştirakçıları Bakı Limanının strateji yerləşmə mövqeyi, burada tətbiq edilən ən son texnoloji yeniliklər, ətraf mühitin qorunması və inkişaf etdiirilməsi üçün icra edilən geniştərkibli ekoloji layihələr haqqında məlumat əldə ediblər.
Eyni zamanda qonaqlar limanının tarixi, inkişaf mərhələləri, ölkə iqtisadiyyatındakı rolu barədə informasiya toplayıb, terminallardakı iş prosesini izləyib və onları maraqlandıran suallara cavab tapıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə 29 yanvar – 1 fevral tarixi aralığında keçirilən beynəlxalq festivalda Türkiyə, ABŞ, İngiltərə, Moldova, Rusiya bir sıra digər ölkələrdən nümayəndələr təmsil olunur. Bu platforma ətraf mühit, ekologiya, kənd təsərrüfatı, enerji və iqlim dəyişiklikləri sahələrində fəaliyyət göstərən yerli, xarici dövlət qurumları və qeyri-hökumət təşkilatların nümayəndələrini bir araya gətirərək faydalı müzakirələrin aparılması üçün effektiv imkan təqdim edir.
Source:https://www.facebook.com/BakuSeaTradePort