İranla və Səudiyyə Ərəbistanı arasında gəmiçilik xətti açılacaq

132

İranla Səudiyyə Ərəbistanı arasında gəmiçilik xətti açılacaq.

Xətt İslam Respublikasının qərbindəki Buşehr əyalətinin Kanqan limanı ilə krallığın şərqindəki Əl-Şərqiyyə əyalətinin Dammam limanını birləşdirəcək.

TASS xəbər verir ki, bu barədə Buşehr qubernatoru Əhməd Məhəmmədi Zadə məlumat verib.

“Xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfərinin yanvar ayında Buşəhr vilayətinə səfəri zamanı region limanlarından İranla qonşu Körfəz ölkələri arasında ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən Kanqan-Dəmmam gəmiçilik xəttinin işə salınması ilə bağlı mühüm qərarlar qəbul edilib”, – deyə İranın IRNA agentliyi qubernatora istinadla xəbər verir.

Buşehr qubernatoru aydınlaşdırıb ki, Kanqan limanının inkişafı üzrə planlar son mərhələdədir və tikinti başa çatdıqdan sonra limana daha böyük gəmilər daxil ola biləcək. Məhəmmədi Zadə qeyd edib ki, Dammam Səudiyyə Ərəbistanının ən mühüm limanlarından biridir.

Seanews.az