“Ukraynadan taxıl” proqramı çərçivəsində Türkiyənin Samsun limanından göndərilən “Fuat Sezgin” gəmisi Nigeriyaya çatıb.
“Seanews.az” xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar məlumat verib.
O bildirib ki, Nigeriyanın Harkort limanına gələn gəmidən yükün boşaldılmasına başlanıb.
Qeyd edək ki, Nigeriyaya göndərilən taxıl BMT-nin Dünya Ərzaq Proqramı çərçivəsində Türkiyədəki anbarlarda saxlanılır.