“AMEC” şirkətinin növbəti layihələrindən biri “AMEC logistics” fəalliyətə başladı

251

Böyük məmnunluqla qeyd etmək istəyirik ki, “AMEC” şirkətinin növbəti layihələrindən biri “AMEC logistics” fəalliyətə başladı. “AMEC” LLC Azərbaycanda və digər ölkələrdə etibarlı tərəfdaşları olmaqla qısa zamanda uğur qazanmasının əsas sirri güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və insan kapitalına yatırımıdır. Şirkət fəaliyyət göstərdiyi istiqamətlər üzrə icra etdiyi layihələri konsepsiyasından başlayaraq tam təhvil verilmə mərhələsinə kimi öz törəmə şirkətlərinin və beynəlxalq tərəfdaşlarının dəstəyi ilə həyata keçirir.

AMEC” şirkətinin bir hissəsi olan beynəlxalq nəqliyyat şirkəti olan “AMEC Logistics” MMC 2022-ci ildən fəaliyyət göstərir. Şirkət müxtəlif növ məhsullar – əsasən kənd təsərrüfatı məhsulları, sənaye sektorunun avadanlıqları, elektronika və s. malların daşınması ilə məşğuldur. Şirkətin nəqliyyat vasitələri Gürcüstan, Rusiya, Türkiyə, Avropa istiqamətində fəaliyyət göstərir.

Bu yolda bütün insan kapitalı və nəqliyyat infrastruktur resurslarımızı yüklərin vaxtında və təhlükəsiz şəkildə çatdırılması üçün səfərbər etmişik.

Əziz partnyorlar, sorğularınızı aşağıdaki e-mail ünvanına göndərə bilərsiz

7/24 Sizin xidmətinizdəyik!

“AMEC Logistics”

+994 70 9027202

[email protected]

[email protected]