Bu gün Hayyat Regencidə Caspian Energy Clubun rəhbərliyi ilə Beynəlxalq ofislər ilə imzalanma mərasimi keçirilmişdir

174

Bu gün Hayyat Regencidə Caspian Energy Clubun rəhbərliyi ilə Beynəlxalq ofislər ilə imzalanma mərasimi keçirilmişdir.

Mərasimdə Rəşad Şəkərov “Caspian Energy Böyük Britaniya”nın sədri vəzifəsinə təyin olundu.

Rəşad Şəkərov Böyük Britaniya ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edərək, klubun müxtəlif layihələrini idarə edəcək, habelə B2G və B2B forumlar, biznes-turlar, dəyirmi masalar, “CEO Breakfast” və “CEO Lunch” kimi tədbirlər təşkil edəcək.

Rəşad Şəkərov ona göstərilən yüksək etimada görə Caspian Energy Club-un Ali Rəhbərliyinə öz minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Azərbaycan və Böyük Britaniya sahibkarları arasında networking-in genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edilməsində səylərini əsirgəməyəcək. 

Mənbə:https://www.facebook.com/amecazz