Çindən göndərilən növbəti blok qatar Bakı Limanına çatıb

264

Çinin Sian şəhərindən yola çıxan növbəti blok qatar bu gün Bakı Limanına çatıb. 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatar Qazaxıstanın Aktau limanından “Sunkar” fider gəmisi (konteynerdaşıyan) vasitəsi ilə Bakı Limanına çatdırılıb. Hazırda bu yüklərin Bakı Limanında operativ formada boşaldılaraq vaqonlara yüklənməsi əməliyyatı icra edilir və prosesin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulur.

Azərbaycandan tranzit keçidi nəzərdə tutulan bu blok qatarda minik avtomobilləri, ağır tonnajlı texnikaların hissələri və digər qeyri-qida məhsulları daşınır. Yüklər Gürcüstanın Poti limanına çatdırılacaq.

Qeyd edək ki, bu il ərzində Çinin təkcə Sian stansiyasından göndəriləcək 100 blok qatarın Bakı Limanından keçərək son təyinat nöqtəsinə göndərilməsi nəzərdə tutulub.

Source:https://www.facebook.com/BakuSeaTradePort