İranyönlü “İraq İslam Müqaviməti Hərəkatı” İsrailin Hayfa şəhərinə hücum edib

106

İranyönlü “İraq İslam Müqaviməti Hərəkatı” döyüşçüləri Aralıq dənizi sahilində yerləşən İsrailin Hayfa şəhərinin limanına hücum ediblər.

Hərəkatdan bildirilib ki, hücum İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi əməliyyatlara cavabdır.

Hələlik İsrail tərəfi məlumatı nə təkzib, nə də təsdiq edib.  

Mənbə: Al Hadath