Dənizdə Toqquşmaların Qarşısının Alınmasına dair Beynəlxalq Qaydalar haqqında Konvensiya,Qayda 3.

342

Bu Qaydaların məqsədləri üçün, kontekstində başqa məna tələb olunmadığı hallar istisna olmaqla:

(a) “Gəmi” sözü suda üzə bilən bütün növ üzən vasitələr, o cümlədən su basımı olmayan üzən vasitələr, ekranoplanlar və hidrotəyyarələr, suda nəqliyyat vasitəsi kimi istifadə olunan və ya istifadə oluna bilən vasitələr mənasını ifadə edir.

(b) “Mexaniki mühərrikli gəmi” termini mexaniki qurğu vasitəsilə hərəkətə gətirilən hər hansı bir gəmi mənasını ifadə edir.

(c) “Yelkənli gəmi” termini yelkənlə hərəkət edən və mexaniki qurğuya malik olan, lakin ondan istifadə etməyən gəmi mənasını ifadə edir.

(d) “Balıq ovu ilə məşğul olan gəmi” termini torla, qarmaqlarla, tralla və ya başqa balıq tutma vəsaitləri ilə balıq ovlayarkən onun manevr etmə xüsusiyyətini məhdudlaşdıran gəmi mənasını ifadə edir. Lakin balıq ovlayarkən ov alətlərinin, gəminin manevr etmə xüsusiyyətini məhdudlaşdırmayan gəmilərə aid deyil.

(e) “Hidrotəyyarə” sözü suda manevr etmə qabiliyyətinə malik olan hər cür uçan aparat mənasını ifadə edir.

(f) “İdarə olunma imkanını itirmiş gəmi” müstəsna şəraitdə olan manevr etmək imkanından məhrum olan və ona görə Qaydalarda tələb olunduğu kimi başqa gəmiyə yol verə bilməyən gəmilərə deyilir.

(g) “Manevr etmə imkanı məhdudlaşmış gəmi” termini gördüyü işin mahiyyətindən asılı olaraq manevr etmək imkanından məhrum olan və ona görə Qaydalarda tələb olunduğu kimi başqa gəmiyə yol verə bilməyən gəmilərə deyilir. “Manevr etmə imkanı məhdudlaşmış gəmi” termini aşağıdakı gəmiləri əhatə edir (lakin onlarla tamamlanmır): (i) naviqasiya işarələrini quraşdırmaq, xidmət etmək və ya yerindən qaldırılma, sualtı kabel və ya boru düzməklə məşğul olan gəmi; (ii) dərinləşdirmə, okeanoqrafik, hidroqrafik və ya sualtı işlərlə məşğul olan gəmi; (iii)hərəkətdə olan zaman təchizatla və ya personları, ərzağı və ya yükü digər gəmiyə ötürməklə məşğul olan gəmi; (iv)uçan aparatların uçuşunu və qəbulunu təmin etməklə məşğul olan gəmi; (v) mina təhlükəsini aradan qaldırmaq işləri ilə məşğul olan gəmi; (vi)yedəkçi və yedək olunan gəmilərin öz kursundan kənara çıxmaq imkanını məhdudlaşdıran yedək əməliyyatı ilə məşğul olan gəmi;

(h) “Suya oturumundan çəkinən gəmi” terminini gəminin suya oturumu ilə naviqasiya üçün suyun dərinliyi və eni arasında mütənasibliyə görə, hərəkət etdiyi kursundan kənara çıxması məhdud olan mexaniki mühərrikli gəmi mənasını ifadə edir. (i) “Hərəkətdə olan” termini lövbərdə olmayan, sahilə bağlanmayan və saya oturmayan gəmi mənasını ifadə edir. (j) Gəminin “uzunluğu” və “eni” sözləri gəminin maksimal uzunluğu və eni mənasını ifadə edir.

(k) Gəmilər o vaxt bir-birinin görünüşündə hesab olunur ki, onlardan biri digər gəmi tərəfindən vizual müşahidə oluna bilsin. (l) “Məhdud görünüş” termini dumana, çənə, qara, leysan yağışa, qum fırtınası və ya digər buna oxşar səbəblərə görə görünüşün məhdudlaşdığı hər cür şərait mənasını ifadə edir.

(m) “Alt Qanadlı hava Gəmisi” termini, əsas iş rejimində səth effektinin təsirindən yararlanaraq su səthinəə yaxın uçan müxtəlif funksiyalı hava gəmisi deməkdir.

https://youtu.be/CriUx7F5tHg?si=rrimEO78IVZYScEu