Norveçdə son 30 ilin ən güclü qasırğası olub: Minlərlə ev işıqsız qalıb – VİDEO

317

Mərkəzi və şimal Norveçin sahilyanı əraziləri son 30 ilin ən güclü fırtınası olan İnqunn qasırğasının təsirləri ilə mübarizə aparır. Küləyin sürəti bəzi yerlərdə saatda 180 kilometrə çatıb.

Qeyd olunur ki, Bergen şəhərində külək 14 sərnişini daşıyan avtobusu avtomobil yolundan çıxarıb. İtkilərin qarşısı alınıb. Fırtına bəzi ərazilərdə daşqınlara səbəb olub və bərələrin hərəkətini dayandırıb. Bir çox məktəblər bağlanıb, polis sakinlərə evlərini tərk etməməyi tövsiyə edib. Minlərlə ev işıqsız qalıb.

Qasırğanın təsirinə ən çox məruz qalan şəhərlərdən biri olan Budyo tamamilə bağlanıb.

Meteoroloqlar sahil xəttində yerləşən ərazilər üçün ən yüksək risk səviyyəsini bildirən qırmızı xəbərdarlıq ediblər. Həmin ərazilərdə yaşayan sakinlərə sığınacaq axtarmaq və mümkün uzunmüddətli elektrik kəsintilərinə hazırlaşmaq tövsiyə olunub.

https://baku.tv/id-120105