Valensiya limanının yük dövriyyəsi azalıb

160

İspaniyanın Valensiya limanının yük dövriyyəsi 2023-cü ildə 2,81% azalaraq 76 746 424 tona düşüb.

“Seanews.az” xəbər verir ki, bununla belə, 2023-cü ilin dördüncü rübündə yüklərin aşırılmasında vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Oktyabrda 2022-ci ilin eyni dövrləri ilə müqayisədə aşırılan yüklərin həcmində 6,99%, noyabrda 19,31% və dekabrda 8,6% artıma nail olunub.

Limanın Ro-Ro terminalında 643 min avtomobil (+6,6%) işlənib.

Sərnişin daşınması 13,4% artaraq 1,56 milyon nəfər təşkil edib. Bu sərnişinlərin 781 mini Valensiyaya kruiz gəmiləri ilə gəlib (+25,4%).

Qeyd edək ki, Valensiya limanında yük dövriyyəsinin azalması İspaniyanın bütün limanları üzrə orta göstəricidən bir qədər az olub (-3,3%).