Qazaxıstan iki ildə Transxəzər marşrutu üzrə neft tədarükünü 3 milyon tona çatdıracaq

169

Qazaxıstan iki il ərzində Transxəzər marşrutu üzrə neft tədarükünün həcmini 3 milyon tona çatdırmaq niyyətindədir.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti xəbər verir.

Bildirilib ki, 2023-cü ildə bu marşrutla 1 milyon ton neft nəql edilib. 2024-cü il üçün isə plan 1,5 milyon tona qədər neftin tədarük edilməsidir.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.