Misirin Süveyş kanalından əldə etdiyi gəlirlər 2024-cü ilin yanvarında 46,7% azalaraq 428 milyon dollar təşkil edib. 2023-cü ilin yanvarında bu rəqəm 804 milyon dollar olub.
“PortNews”- in məlumatına görə, bu barədə Süveyş Kanalı Administrasiyasının (SCA) sədri Usamə Rabia bildirib.
2024-cü ilin birinci ayında kanaldan 1362 gəmi keçib. Bir il əvvəl – 2023-cü ilin yanvarında Süveyş kanalından keçən gəmilərin sayı isə 2155 təşkil edib.
2023/2024 maliyyə ilinin ilk iki ayında Süveyş kanalından gəmilərin keçməsinə görə ödənişlərdən Misir büdcəsinə daxilolmalar 203 milyon dollar artıb. Bütün 2022/2023 maliyyə ili üçün gəlir əvvəlki maliyyə ili ilə müqayisədə 35% artaraq 9,4 mlrd. olub.
“Seanews.az”