BP: “Bu il üçün Azəri-Çiraq-Günəşli yatağında (AÇG) 18 quyunun qazılması planlaşdırılır”

301

Bu il BP “Azəri-Çıraq-Günəşli” yatağında 18 quyunun təhvil verilməsi planlaşdırılır. Keçən il burda 17 quyu qazılıb tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O’Liri (Jim O’Leary) Bakıda keçirilən “IADS Drilling Caspian” konfransında bildirib.

O deyib ki, hazırda böyük kəşfiyyat işləri aparılır: “Bütün işlərdə qabaqcıl texnologiyalardan istifadə edirik. Ancaq burada əsas məsələ odur ki, “Azəri-Çıraq-Günəşli” yatağı artıq yaşlanır. Biz problemli quyuları yenidən bərpa etməliyik. Yeni quyuların sayını artırmalıyıq. Tərəfdaşlarımızın dəstəyi var və bu dəstəyi daim saxlamaq üçün fəaliyyətimizi mükəmməl şəkildə həyata keçirməliyik”.