Çin gəmiqayırma sənayesi 14 ildir ki, yeni tonaj və yeni sifarişlər baxımından dünyada liderlik edir

265

2023-cü ildə Çin gəmiqayırma zavodları 45 milyon ton dedveytlik gəmilər inşa etdilər.

“Seanews.az” Çin Milli Gəmiqayırma Sənayesi Assosiasiyasının (CANSI) hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 6,3% çoxdur.

Çin gəmi inşaatçılarının 2024-cü ildə 55 milyon ton dedveytlik yeni sifariş alacağı gözlənilir.

Çin gəmiqayırma sənayesi 14 ildir ki, yeni tonaj və yeni sifarişlər baxımından dünyada liderlik edir. Dünya üzrə ümumi sifarişlərin 55%-i Çinin payına düşür.

Çin Milli Gəmiqayırma Sənayesi Assosiasiyasına görə, gəmi istehsalçıları intellektuallaşdırma və rəqəmsal transformasiya prosesini gücləndirməli, istehsal proseslərini optimallaşdırmalı və tikintinin səmərəliliyini artırmalıdırlar. Prioritet vəzifələrin siyahısına istehsal planlarının idarə edilməsinin gücləndirilməsi, təchizat zəncirinin təkmilləşdirilməsi, yüksək keyfiyyətli və vaxtında çatdırılmanın təmin edilməsi daxildir.