“United Alliance Group”un “Həftədə bir qayda” rubrikası “Dənizdə Toqquşmaların Qarşısının Alınmasına dair Beynəlxalq Qaydalar haqqında 1972-ci il Konvensiyası” 4,5 və 6-cı Qaydanı təqdim edir.

268

Dənizdə Toqquşmaların Qarşısının Alınmasına dair Beynəlxalq Qaydalar haqqında Konvensiya,Qayda 4,5,6

Qayda 4

Tətbiq Bu bölmənin qaydaları hər bir görünüş şəraitində tətbiq olunur.

Qayda 5

Müşahidə Hər bir gəmi hər zaman üstün vəziyyətə və şəraitə uyğun olaraq mövcud vəziyyəti və toqquşma təhlükəsini tam qiymətləndirmək üçün, gözlə görmə və eşitmə müşahidəsini, həmçinin gəmidə olan bütün vəsaitlərin köməyi ilə müşahidə aparmalıdır.

Qayda 6

Təhlükəsiz sürət Hər bir gəmi hər zaman təhlükəsiz sürətlə hərəkət etməlidir ki, toqquşma təhlükəsinin aradan qaldırılması üçün düşünülmüş və effektli tədbir görə bilsin və mövcud şəraitə və vəziyyətə uyğun olaraq tələb olunan müəyyən məsafə həddində dayandırılsın. Təhlükəsiz sürəti təyin edərkən aşağıdakı faktorlar nəzərə alınmalıdır: (A) Bütün gəmilər tərəfindən: (i) görünmə şəraiti; (ii) balıqçı və ya digər gəmilərin toplandığı (cəmlənməsi) halı da daxil olmaqla hərəkətin sıxlığı; (iii) gəminin manevr etmə imkanı və xüsusən gəminin tam dayandırılması üçün zəruri məsafə və üstün vəziyyətinə görə gəminin dönmə qabiliyyəti; (iv) gecə sahil işıqlarından, eləcə də öz məxsusi işıqlarının yayılmasından əmələ gələn işıq fonunun mövcudluğu; (v) küləyin, dənizin, axıntının vəziyyəti və naviqasiya təhlükələrinin yaxınlığı; (vi) mövcud dərinliklərlə gəminin suya oturumu arasında olan mütənasiblik; (B) Radardan istifadə edən gəmilər əlavə olaraq: (i) radar qurğusunun xarakteristikası, effektivliyi və məhdudiyyətləri; (ii) istifadə olunan radarların uzaqlıq şkalasından irəli gələn hər cür məhdudiyyətləri; (iii) radar aşkarlanmasına dənizin vəziyyətinin, meteoroloji faktorların və həmçinin digər maneə mənbələrinin təsiri; (iv) radarın kiçik gəmiləri, buzu və digər üzən obyekləri zəruri məsafədə aşkar edə bilməməsinin mümkünlüyü; (v) radarla aşkar edilmiş gəmilərin sayı, mövqeyi və hərəkəti; (vi) radardan istifadə edərək yaxınlıqdakı hədəfə və ya digər gəmilərədək olan məsafəni ölçməklə, görmə məsafəsinin daha dəqiq qiymətləndirilməsinin mümkün olması.