İsveçrənin Azərbaycandakı səfiri Bakı Limanına səfər edib

225

Bu gün İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəlin Bakı Limanına səfər edib. Bakı Limanının Baş direktoru Taleh Ziyadovla keçirilən görüş zamanı 2022-2025-ci illər üçün İsveçrə Əməkdaşlıq Proqramı ilə potensial tərəfdaşlıqlar da daxil olmaqla, cari və perspektiv əməkdaşlıq sahələri müzakirə edilib.
Səfirə davamlı regional əlaqə üçün Orta Dəhliz boyunca Bakı Limanının strateji rolu barədə məlumat verilib. Vurğulanıb ki, liman əməliyyatlarında dayanıqlılıq və ekoloji cəhətdən təmiz həll yollarının tətbiqi Bakı Limanı üçün prioritet təşkil edir.
Qeyd edək ki, Bakı Limanından keçməkə Asiyadan İsveçrəyə daşınan yük həcmində ciddi artım müşahidə edilir. Beləki, 2022-ci ildə bu göstərici 146 755 ton təşkil etdiyi halda, ötən il yük həcmi 4 dəfədən çox artaraq 551 749 tondan çox olub.

Source:https://www.facebook.com/BakuSeaTradePort