“MSC Edith II” indiyədək Batumi limanına yan alan ən böyük konteyner gəmisidir

245

Fevralın 13-də “MSC Edith II” gəmisi Batumi dəniz limanına yan alıb. Bu, indiyədək Batumi limanına gələn ən böyük konteyner gəmisidir.

“Seanews.az” xəbər verir ki, gəmi liman kapitanının rəhbərliyi altında yedək gəmilərinin köməyi ilə təhlükəsiz şəkildə konteyner terminalının körpüsünə yan alıb.

Liberiya bayrağı altında üzən konteyner gəmisinin uzunluğu 216 metr, eni 27 metr, suya oturumu 9,4 metr, tutumu təxminən 1,5 min TEU-dur.