CMS B.V. şirkətinin istismarında olan “Qurban Abasov” kran gəmisinin kapitanları neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif ediliblə

966

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi çərçivəsində bir qrup neft və qaz sənaye işçiləri mükafatlandırılıb.

Fəxrlə bildiririk ki, Caspian Marine Services B.V. şirkətinin istismarında olan “Qurban Abasov” kran gəmisinin kapitanları neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif ediliblər.

Hörmətli kapitanlarımızı və onların timsalında “Qurban Abasov” gəmisinin bütün heyətini təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!