Somali quldurları Banqladeş bayraqlı gəmini qaçırıblar

191

Banqladeş bayrağı altında üzən “MV Abdullah” gəmisi Hind okeanında dəniz quldurları tərəfindən qaçırılıb.

“Seanews.az” bu barədə “The Business Standard” qəzetinə istinadən xəbər verir.

Yenilənmiş məlumatlara görə, kömür daşıyan Banqladeş gəmisi Mozambikdən Dubaya gedirmiş. Gəmidə 23 heyət üzvü var. İndi onlar öz bağlı  kayutlarındadırlar. Gəminin sahibi olan Çittaqonqdakı “SR Shipping” şirkətinin baş direktoru Mehrul Kərim deyib: “Heyət gecə saat 13.30 radələrində şirkətlərinə hər kəsin təhlükəsiz olduğunu bildirən məlumat göndərməyi bacarıb”.

Onun sözlərinə görə, gəmi Cənubi Afrikadan BƏƏ-yə, aşağı riskli ərazidən keçməklə hərəkət edirmiş. Lakin Somali quldurları şəbəkələrini genişləndirərək gəmini ələ keçiriblər.

İki gün əvvəl ələ keçirilən gəmini quldurlar Somali bölgəsinə göndəriblər. Bu gün günortadan sonra gəmi sahildən 450 dəniz mili uzaqda olub.