ASCO-nun komandası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə ilkin mərhələnin – “pley-off” oyununa vəsiqə qazanıb

397

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən II minifutbol turnirinin ilkin mərhələsi başa çatıb. Bu mərhələdə D qrupunda mübarizə aparan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) komandası keçirdiyi 12 oyunun 7-ni qələbə ilə tamamlayıb və ilkin mərhələnin “pley-off” oyunlarına vəsiqə qazanıb.

Bu mərhələdə ASCO-nun ilk rəqibi Baş Prokurorluğun komandası olacaq.

Qarşılaşma 17 mart saat 11:00-da  AzFar stadionunda (8-ci mikrarayon) keçiriləcək.

Komandamıza dəstək olmaq istəyən hər kəs oyuna baxmağa dəvətlidir.

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə təşkil edilən və  52 dövlət qurumun iştirakı ilə baş tutan turnirə ötən ilin noyabrında start verilib. Turnir 2024-cü il mayın 6-dək davam edəcək.

asco.az