Florida sahillərində Britaniyanın XVIII əsrə aid hərbi gəmisinin qalıqları tapılıb

351

Arxeoloqlar Britaniyanın Florida sahillərində batan, XVIII əsrə aid hərbi yüş gəmisini “HMS Tyger” olaraq müəyyən ediblər.

“Report”un məlumatına görə, bu barədə “The Telegraph” qəzeti “Dry Tortugas” Milli Parkının nümayəndələrinin açıqlamalarına istinadən xəbər yayıb.

Qəzet yazıb ki, gəmi 1742-ci ildə Florida sahillərində saya oturun və 300-ə yaxın ekipaj üzvünü heç bir insan yaşamayan adada qoyub.

“The Telegraph” qeyd edib ki, alimlər ilk dəfə 1993-cü ildə döyüş gəmisinin qalıqlarını aşkar ediblər. Ehtimal olunur ki, “Tyger” Britaniya və İspaniya arasında müharibə zamanı qayaya çırpılıb.