Bakı Gəmiqayırma Zavodu” MMC-nin Direktorlar Şurasının iclası keçirilib

298

Martın 16-da “Bakı Gəmiqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin Direktorlar Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə Direktorlar Şurası BGZ-də işlərin gedişatı və layihələrin icrası ilə tanış olmuşdular.

Direktorlar Şurasının sədri Anar Axundovun sədrliyi ilə keçirilən və Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin üzvlərinin də iştirak etdiyi iclasda gündəliyə uyğun olaraq, Zavodun 2023-cü il üzrə hesabatı dinlənilib, Zavodun icraatında olan layihələr üzrə tikinti işlərinin gedişatı, o cümlədən sifarişi gözlənilən tikinti layihələrinə dair məlumatlar nəzərdən keçirilib və müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin Zavodun cari fəaliyyəti və onun istehsal imkanlarının artırılması ilə bağlı digər məsələlər də nəzərdən keçirilib.