Rusiyaya gedən tanker Bosfor boğazının girişində xarab oldu

228

Panama bayrağı altında İtaliyadan Rusiyaya gedən “SW Cap Ferrat 1” neft-kimya tankeri nasazlıq səbəbindən Bosfor boğazının girişində qalıb.

Bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsinin “X” (keçmiş “Twitter”) səhifəsində yerləşdirilmiş məlumatda deyilir.

“183 metr uzunluğunda “SW Cap Ferrat 1” tankerinin İtaliyadan Rusiyaya üzərkən İstanbulun Fənərbağça səmtinin sahillərində mühərrikində nasazlıq yaranıb”, – məlumatda bildirilir.

Tankerin Rusiyanın Taman limanına getdiyi vurğulanıb.

Hadisə əsas keçid marşrutlarından kənarda baş verdiyi üçün boğazdan keçən nəqliyyatın hərəkətinə təsir göstərməyib. Tanker yedək gəmisi ilə mütəxəssislərin təmir işləri aparacağı Küçükçekmece bölgəsi sahillərinə aparılıb.