Azərbaycan Yelkən Federasiyasını idmançılarımız “SAILING POINT EASTER REGATTA” yarışları üçün Sloveniyanın Portorož şəhərinə yola düşüb

372

Komandamız “SAILING POINT EASTER REGATTA” yarışları üçün Sloveniyanın Portorož şəhərinə yola düşüb

23-26 mart tarixləri arasında hazırlıq düşərgəsi, 27-31 mart tarixləri arasında isə “SAILING POINT EASTER REGATTA” yarışları Sloveniyanın Portorož şəhərində keçiriləcək.

Hazırlıq düşərgəsində də iştirak edən komandamız 3 gün müddətində məşqlər edəcək.

Optimist sinifindən Kamal Bəşirli, Furkan Mustafayev, Davud Babazadə, Nərgiz Məmmədova, Emel Məmmədli, Nəzrin Məmmədova, məşqçi Panos Papadakis və komanda rəhbəri Burcu Algon Giorgianni təmsil edir.

Yarışlarda komandamıza uğurlar arzu edirik!

İRƏLİ AZƏRBAYCAN