Xəzər dənizində zəlzələ olub

251

Xəzər dənizində zəlzələ olub.

“Report”un məlumatına görə, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb.

Məlumata görə, yeralt təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələ 3 maqnitudada olub.

Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.