Aralıq dənizi sahillərində 1178 sənədsiz immiqrant saxlanılıb

162

Tunisdə Aralıq dənizinin şərq sahillərində 1178 sənədsiz immiqrant saxlanılıb və onların İtaliyaya qeyri-qanuni keçmək cəhdinin qarşısı alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tunis Milli Qvardiyasının bəyanatında deyilir.

Dəniz mühafizəçiləri Sfaks əyaləti sahillərində gəmiləri saxlayaraq, Cənub-Şərqi Afrikadan olan 1160 immiqrantı və 18 tunislini xilas ediblər. Bundan əlavə, əməliyyatlar zamanı iki meyit də tapılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın