ASCO əməkdaşları arasında voleybol turniri keçirilib

349

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında voleybol üzrə turnir təşkil olunub.

Turnir ASCO-nun idman üzrə 2024-cü ilə dair illik planına əsasən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda baş tutub.

Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən voleybol turnirinin qalibi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun komandası olub. Sonrakı yerləri “Bibiheybət” Gəmi Təmiri Zavodu və Xəzər Dəniz Neft Donanması tutub.

Qaliblərə diplom və hədiyyələr verilib.

Qeyd edək ki, voleybol üzrə turnirin təşkilində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirmək, onların asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.