Hindistan donanması İran gəmisini dəniz quldurlarının girovluğundan xilas edib

226

Hindistan Hərbi Dəniz Qüvvələri Oman dənizində dəniz quldurlarının girov götürdüyü İran gəmisini və 23 pakistanlı ekipaj üzvünü xilas edib.

“Report” xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin “X” hesabında məlumat verilib.

Məlumatda təxminən 12 saat davam edən əməliyyatdan sonra gəmidəki dəniz quldurlarının təslim olduğu bildirilib.

Qeyd edək ki, İranın “FV Əl-Kəmbər” gəmisi martın 28-də 9 silahlı dəniz qulduru tərəfindən ələ keçirilmişdi.