Rusiya şirkəti Ələt azad iqtisadi zonasında zavod inşa edir

293

Novosibirskin (Rusiya Federasiyası) kompozit üzlük panelləri istehsalçısı Ələt azad iqtisadi zonasında müasir zavod inşa edir.

FED.az xəbər verir ki, Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov “Rusiya ilə Azərbaycan arasında tikinti materiallarının istehsalı sahəsində əməkdaşlıq. Rusiya istehsalçılarının məhsullarının Azərbaycan bazarına ixracı” mövzusunda təşkil olunan dəyirmi masada çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin biznes klubunun üzvü tərəfindən UHOM tikinti hipermarketi layihəsi həyata keçirliir. “Tikinti materialları və məmulatlarının istehsalı və təchizatı sahəsində qarşılıqlı əlaqə çox vacibdir, çünki respublikada sənaye istehsalının və mülki tikintinin həcmi artır. Qarabağ iqtisadi rayonunda mühüm layihələr həyata keçirilir ki, burada Rusiya istehsalı olan məhsullardan da istifadə olunur”, – deyə R. Mirsayapov əlavə edib. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)