“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edib

516

“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivinə (ASCO) ağır itki üz verib.

ASCO-nun Xəzər Dəniz Neft Donanmasının “Suraxanı” gəmi-muzeyinin ilk kapitanı Qasım Alacov vəfat edib.

Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub.

O, 1980-ci ildən üzən heyətin sıralarına qoşulub. Daha sonralar ASCO-nun müxtəlif gəmilərində matros, bosman, kapitanın növbə köməkçisi, kapitan vəzifələrində işləyib.

Qasım Alacov həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Qasım Alacovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!