Azərbaycan Yelkən Federasiyasının əməkdaşları 236 saylı tam orta məktəbdə yelkən idmanını tanıdıblar

295

Görüşdə 236 saylı tam orta məktəbin 150-dən çox şagirdi iştirak edib.

Yelkən idmanı üzrə infrastruktur meneceri, ILCA sinifi milli komanda məşqçisi Seyhun Yıldız və Optimist sinifi milli komanda məşqçisi Panagiotis Papadakis yelkən idmanı barədə ətraflı məlumat veriblər.

Görüşün məqsədi orta məktəblərdə təhsil alan şagirdləri yelkənlə tanış edərək, bu idman növünün təbliğatını aparmaqdır.

Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyası hər il silsilə şəkildə məktəblərdə yelkən idmanının təbliğatını aparır.