Bu gün, yelkən yarışları “Optimist”, “ILCA 4” sinifləri üzrə 3 yarış və “ILCA 6” sinifləri üzrə 2 yarış olmaqla keçirildi.
Yarışın ikinci günü Optimist sinifi üzrə 1-ci yer Nərgiz Məmmədova (SFA), ILCA 4 sinifi üzrə 1-ci yer Fidan Ağazadə (SFA) və ILCA 6 sinifi üzrə 1-ci yer Murad Hacı-zadə (SFA) oldu.
Qeyd edək ki, sabah reqatanın son günüdür. Final günü, saat 18:00-da isə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək. Reqata çərçivəsində 12 may tarixində sörfinqçilərin əyləncəli şousu da təqdim olunacaq.
Hər birinizi yelkənçilərin möhtəşəm şousunu izləmək və əylənmək üçün “Bakı Yelkən Reqatası 2024”də gözləyirik. Tədbirdə iştirak qeydiyyatsız və ödənişsizdir.
sailing.az