“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin səhmdarları – TOPLANIR

225

25 iyun 2024-cü il saat 11.00-da “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC səhmdarlarının növbəti ümumi yığınca­ğı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yer­ləşən inzibati binada baş tutacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.

1.“Bakı Hövsan Beynəlxalq Dəniz Lima­nı” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 2023-cü il üzrə hesabatının təsdiqi.

2. Baş direktorun yenidən təsdiqi.

3. Digər təşkilati məsələlər.

Səhmdarlar ümumi yığıncağın gündəliyi­nin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi (Höv­san qəsəbəsi) 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəh­bərliyinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir.