Yelkən Federasiyasının vitse-prezidenti: Məqsədimiz olimpiadada Azərbaycan bayrağını dalğalandırmaqdır

266

Məqsədimiz 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırmaqdır.

“Report”un məlumatına görə, bunu Azərbaycan Yelkən Federasiyasının (SFA) vitse-prezidenti Burcu Algon Giorgianni deyib.

Qurum rəsmisi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Bakı Yelkən Reqatası 2024” barədə fikirlərini bölüşüb.

O, turnirin 4-cü dəfə təşkil olunduğunu xatırladıb: “Üç gün ərzində altı yarış keçirildi. Uşaqlarımız böyük uğurlar əldə etdilər. Bu dəfə Gürcüstan yelkənçiləri də iştirak edirdilər. Yelkən Azərbaycanda yeni idman növüdür. Avropa və dünya çempionatlarında yaxşı çıxış edirik”.