Anakliya limanının tikintisinə üç şirkət iddialıdır

180

Gürcüstanda Anakliya limanının tikintisi işləri üç şirkətdən birinə həvalə olunacaq. Əvvəl elan edilmiş tender çərçivəsində bu qədər ərizə təqdim edilib.

“Seanews.az” “Vestnik Kavkaza”-a istinadən xəbər verir ki, tenderin sənədləri beynəlxalq konsaltinq şirkətinin iştirakı ilə müəyyən edilmiş “Böyük dördlüyə” – “Boskalis”, “DEME”, “Jan De Nul” və “Van Oord”-a göndərilib.

Bunlar dəniz işləri sahəsində liderlərdir və dünyada ümumi dibdərinləşdirmə donanmasının 80%-nə sahibdirlər.

Qeyd edək ki, Anakliyada yeni dərin su limanı layihəsinin həyata keçirilməsi üçün özəl tərəfdaşın seçilməsi prosesi mayda başa çatacaq.