2018-ci il 14 may tarixində cənab Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində Bakı Limanın açılış mərasimi keçirilmişdir. Qeyd edək ki, Bakı Limanın Ələt qəsəbəsinə keçirilməsi tədricən baş vermişdir və ilk olaraq 2014-cü ildən Bərə terminalının köçürülməsi prosesi başlanmışdır. 2018-ci ilin may ayında isə Ro-Ro və Ümumi Yük terminalının inşası sona çatmışdır ki, bununla da Ələt qəsəbəsində yerləşən Bakı Limanı yüksək səviyyəli vacib nəqliyyat qovşağına çevrilmişdir.
Bakı Limanı hal-hazırda dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşıq edərək vacib nəqliyyat habı rolunu oynamağda davam edir.