Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılması məqsədilə Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau və Kurık dəniz limanları vasitəsilə yükdaşımaların artırılması istiqamətində işləri davam etdirir.
Bu barədə “Seanews.az” ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, cari ilin 4 ayının yekunlarına əsasən, bu marşrut üzrə yükdaşımaların həcminin artımı 15% təşkil edib. Kurık limanında aşırılan yüklərin həcmi 34%, Aktau limanında konteynerlərin işlənməsi 27% artıb.
Çindən Avropa Birliyi ölkələrinə konteynerlərin tranzitində isə daha çox – 3,4 dəfə artım qeydə alınıb.