Mahaçqala limanında gəmilər üçün icazə verilən maksimum suya oturum açıqlanıb

208

Mahaçqala (Dağıstan) dəniz limanı kapitanı Mirzəmət Qərəyxanov akvatoriyada və liman körpülərindəki faktiki dərinliklər, habelə gəmilərin icazə verilən maksimum suya oturumları haqqında sərəncam imzalayıb. 

“Seanews.az” xəbər verir ki, sərəncama əsasən, gəmilər üçün körpülərdə icazə verilən maksimum suya oturum  3,14 metrdən 4,8 metrə qədər artırılıb. 

Sərəncam  23 may 2024-cü ildən qüvvəyə minib.

Mahaçqala dəniz ticarət limanı Rusiyanın Xəzər dənizində buzsuz və dərin sulu yeganə limanıdır və  uzunluğu 150 metrədək olan gəmiləri qəbul edir. Liman infrastrukturuna quru yük limanı, ümumi və toplu yüklər üçün yanalma körpüləri, dəmir yolu və bərə terminalları, həmçinin taxıl terminalı daxildir. 2023-cü ildə Mahaçqala dəniz ticarət limanının yük dövriyyəsi 2,9 milyon ton (+6%) təşkil edib.