Türkiyədə inşa edilən yedək gəmisi yunan gəmi sahibinə təhvil verilib

176

“Seagate Tug & Barge” şirkəti üçün Türkiyə tərsanəsində inşa edilən yeni yedək gəmisi Yunanıstan limanlarında yedək xidməti  imkanlarını genişləndirib.

“Seanews.az” bu barədə “Nordic Engineering”-in teleqram kanalına istinadən xəbər verir.

“Med Marine” şirkəti  “Ereğli” tərsanəsində inşa edilən (“Robert Allan Ltd RAMparts” 2500 Vatt layihəli) “Kapitan Dimitris IV” yedək gəmisini  yunan sahibinə bir ay əvvəl təhvil vermişdi.

Bu seriyadan olan gəmilərin köməyi ilə şirkət Souda körfəzində və Yunanıstanın əsas limanlarında zəruri yanalma əməliyyatları xidməti göstərir.