Ələt qəsəbəsində yaşayan gənclər və uşaqlar daima Bakı Limanının diqqətindədir. Bunun nəticəsidir ki, hər il ali məktəbə qəbul olan tələbələrlə liman rəhbərliyinin görüşü baş tutur. Məlumat üçün bildirək ki, Ələt qəsəbəsində 2023-2024 –cü tədris ilində ali məktəblərə qəbul müsabiqəsinin 1-ci turunun nəticəsinə əsasən 79 məzun tələbə adı qazanmışdır. Onlar arasında 19 nəfər yüksək nəticə göstərərək, aparıcı universitetlərə daxil olan gənc ilə Bakı Limanınında görüş keçirilmişdir. Bu gənclər arasında 661 bal toplayaraq ən yüksək nəticəni göstərən Kazımlı Əslidir. Qeyd edək ki, onun seçimi ADA universiteti olub.
Gənclərlə görüş zamanı Bakı Limanın Baş direktoru Taleh Ziyadov tələbələri təbrik edib və tövsiyyələrini verib. Qeyd edək ki, tələbələrə liman tərəfindən hədiyyələr verilib.







Source:https://www.facebook.com/BakuSeaTradePort