Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək.

82

Dövlət Dəniz və Liman Agentliyində  dənizçilərin sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi sahəsində həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə 25  sentyabr saat 10.00-da “Açıq qapı” günü keçiriləcəkdir.

“Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) ghd@ddla.gov.az e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günlərinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Bu barədə Agentliyin rəsmi səhifəsində və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.