Xəzər dənizi hövzəsində ən böyük və müasir gəmiqayırma zavodu olan “Baku Shipyard”ın yaradılmasından 11 il ötür

68

Xəzər dənizi hövzəsində ən böyük və müasir gəmiqayırma zavodu olan “Bakı Gəmiqayırma Zavodu” MMC (“Baku Shipyard”) 2028-ci ilədək 13 gəmi inşa edərək təhvil verəcək.

Bu barədə “Report” “Bakı Gəmiqayırma Zavodu”na istinadən xəbər verib.

Məlumata görə, bu gün zavodun yaradılmasından 11 il ötür.

Bildirilib ki, bu günədək zavodda 11 gəmi inşa edilib: “Hazırda müəssisə tam gücü ilə fəaliyyət göstərir”.

Qeyd edək ki, sahəsi 620 min kvadratmetr olan Bakı Gəmiqayırma Zavodu Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodudur. Açılış mərasimi 2013-cü il sentyabrın 20-də baş tutan zavod Finlandiya, Niderland, Almaniya, Çexiya, Cənubi Koreya, Sinqapur və digər dövlətlərdə istehsal olunan avadanlıqlarla təchiz olunub.