Bakı Limanı, Xəzər dənizi hövzəsinin tullantılardan təmizlənməsi kampaniyasını dəstəkləyib

49

Bakı Limanı, Ekologiya və Təbii SərvətlərNazirliyi, SOCAR, Bakcell və Carlsberg şirkətləri ilə birgə tərəfdaş qismində “Xəzəri Qoruyuq” Beynəlxalq Sahil Təmizləmə kampaniyasının 15-ci ildönümündə iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Naziri və COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və digər rəsmi şəxslər Novxanı çimərliyində keçirilən bu iməclikdə iştirak edərək tədbirin COP29 üçün əhəmiyyətini vurğulayıblar.Kampaniya əsas diqqəti ekoloji şəraitin yaxşılaşdırılmasına, ictimaiyyətin məlumatlılığının artırılmasına və ekoloji tarazlığın qorunması təcrübələrinin təşviqinə yönəldib. Bakı Limanının bir qrup əməkdaşı bu il Xəzər sahilində 4 min tondan çox tullantının toplanıb təkrar emala göndərilməsinə qatqı göstəriblər.

Source:https://www.facebook.com/BakuSeaTradePort