Bakı, 21 sentyabr 2024 – Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə keçirilən “SFA Federasiya Kuboku 2024” yelkən yarışları uğurla başa çatdı. Yarışlar 19-21 sentyabr tarixlərində “Ramada by Wyndham Baku” sahilində yerləşən SFA yelkən mərkəzində Optimist, ILCA və Windsurf sinifləri üzrə təşkil olundu.
Mərasimdə Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, ASCO sədrinin müavini Zaur Nağıyev, 44 günlük Vətən müharibəsi veteranı və Prezident təqaüdçüsü Asxab Kalayev, Azərbaycan Yelkən Federasiyanın vitse-prezidenti Burcu Algon Giorgianni və Azərbaycan Yelkən Federasiyasının baş katibi Asif Mehtiyev iştirak edərək qaliblərə mükafatlarını təqdim etdilər.
Yarışda iştirak edən və yüksək nəticələr əldə edən idmançılar aşağıdakı kimi mükafatlandırıldılar:
Windsurf Open sinifi:
1-ci yer: Jabi Ağayev
2-ci yer: Ruslan Abbasov
3-cü yer: Elnur İsgəndərov
Optimist Ümumi sinifi:
1-ci yer: Nərgiz Məmmədova
2-ci yer: Furkan Mustafayev
3-cü yer: Davud Babazadə
Optimist Qızlar sinifi:
1-ci yer: Nərgiz Məmmədova
2-ci yer: Emel Məmmədli
3-cü yer: Yağmur Həsənli
Optimist Junior sinifi:
1-ci yer: Yağmur Həsənli
2-ci yer: Nurlan Ağazadə
3-cü yer: Giorgi Grigolia
ILCA 4 sinifi:
1-ci yer: Fidan Ağazadə
2-ci yer: Nəzrin Məmmədova
3-cü yer: Bahadır Məmmədli
Tədbirdə, həmçinin Optimist üzrə dünya çempionatına və ILCA 4 üzrə Avropa çempionatına qatılan millimizin üzvləri, cari ilin yay məktəbi iştirakçıları, eləcə də komandaya yeni seçilən idmançılar da xüsusi olaraq mükafatlandırıldı. Kubok, medal, diplom və sertifikatlar təqdim edildi.
Bu il 7-ci dəfə ənənəvi olaraq təşkil edilən “SFA Federasiya Kuboku” yarışları ölkəmizdə yelkən idmanının inkişafına mühüm töhfələr verməkdə davam edir.
Mükafatlandırma mərasimində həmçinin ötən il üzrə SFA Federasiya Kubokunu qazanan idmançıların adları xatirə lövhəsində əks olunub.
sailing.az