“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təlim keçirilib
Təlim zamanı Zavodun əməkdaşlarına Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) qaydalarına əsasən hazırlanan iki mövzu müzakirə edilib.
Hündürlükdə işləyən zaman əməkdaşların qarşılaşa biləcəyi təhlükələr müzakirə olunub. Yıxılma ehtimalı zamanı xəsarətlərin qarşının alınması üçün xüsusi təhlükəsizlik kəmərlərinin əhəmiyyəti qeyd edilibb. Belə kəmərlərdən düzgün istifadə edilməsinin vacibliyi vurğulanıb və əyani şəkildə nümayiş etdirilib.